Kişi voleybolçular arasında Azərbaycan çempionatının bürünc mükafatçısı "Xilasedici" heyətini gücləndirməyə başlayıb. Sport24.az xəbər verir ki, komanda millimizin kapitanı Vüqar Bayramovu transfer edib.

 

O, son mövsümü "Murov Az Terminal"da keçirərək çempionatın gümüş mükafatçısı olub.

 

Qeyd edək ki, ölkə kubokunun sahibi olan "Xilasedici" yeni mövsümdə avrokuboklarda çıxış edəcək. Klub Çağırış kubokunda iştirak üçün müraciət edib.