Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən "Skopje Open" beynəlxalq turnirində liderlər qrupundan aralanıb. Sport24.az xəbər verir ki, o, səkkizinci turda Meylis Anaberdıyevlə (Türkmənistan) heç-heçə edib.

 

Hesabında 6 xal olan Səfərli liderlər Momçil Petkov (Bolqarıstan) və Vitali Bernadskini (Ukrayna) yarım xal geridə qalaraq, 5-ci yerdə qərarlaşıb.