Avropa Şahmat İttifaqı kişilər arasında qitə çempionatının mükafat fondunu açıqlayıb. Sport24.az xəbər verir ki, fond 100 min avro təşkil edib.

 

Onun 20 mini avrosunu yarışın qalibi alacaq. Gümüş mükafatçı 15 min, bürünc mükafatçı isə 7 min avroluq çekə sahib çıxacaq.
İlk 23 yer mükafatlandırılacaq. 19-23-cü yerləri tutan iştirakçılar min avro qazanacaqlar.

 

Qeyd edək ki, Avropa çempionatı (AÇ) noyabrın 7-dən 20-dək Petrovaçda (Çerqoriya) keçiriləcək və dünya çempionatının seçmə mərhələsi olacaq.