"Milan"ın hücumçusu Alvaro Morata həyat yoldaşı ilə barışıb. Sport24.az xəbər verir ki, o, Alisa Kampello ilə ötən ilin avqustunda ayrılmışdı.

 

İspaniyalı forvard tanınmış model və biznevumenlə 7 ildir ailə qurub. Onların 4 övladı var. İspaniya mətbuatı cütlüyün yenidən bir-birinə şans vermək qərarına gəldiyini yazıb.

 

Qeyd edək ki, Morata yayda "Atletiko"nu "Milan"a dəyişib və Kampello onunla İtaliyaya köçmək istəməyib.