Rusiyalı funksioner Kirsan İlyumjinov yenidən FİDE prezidentiyinə namizədliyini irli sürəcək. Sport24.az xəbər verir ki, o, bu barədə "Sport-Ekspress" nəşrinə açıqlamasında bildirib: 

 

"Bu gün 2026-cı ilin sentyabrında Özbəkistanda keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının prezident seçkilərində iştirakımı elan edirəm. Bu qərarı FİDE-nin bir daha birliyə, güclü liderliyə və gələcəyinə dair aydın bir vizyona ehtiyacı olduğu üçün verdim. Mənim üçün FİDE sadəcə beynəlxalq təşkilatdan daha çox şeydir. Bu, mənim həyatımın işidir".

 

Qeyd edək ki, İlyumjinov 1995-ci ildən 2018-ci ilə qədər FİDE-yə rəhbərlik edib.