Paris-2024 Yay Olimpiya Oyunları futbol matçları ilə start götürüb. Sport24.az xəbər verir ki, yarışın açılış görüşlərində Argentina Mərakeşlə heç-heçə edib – 2:2.
İspaniya isə Özbəkistan millisini üstələyib – 2:1.

 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-sı təşkil olunacaq. Bağlanış mərasimi isə avqustun 11-nə təsadüf edəcək.