Bu yay “Sumqayıt”dan ayrılan Terrens Tisdellin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, liberiyalı yarımmüdafiəçi Liviyanın “Əl-Əhli” klubuna keçib.

Bu barədə yüksək liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tisdell bir illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Terrrens ötən mövsüm qış fasiləsində "Sumqayıt"a keçərək, 13 oyuna 1 qol vurub.