Cüdo üzrə dünya reytinqində müəyyən dəyişikliklər olub. Sport24.az xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeləri, əsasən, dəyişməz qalsa da, Avropa çempionu Elcan Hacıyev (90 kq) cədvəldə yüksəlib.

 

Zədəsini sağaldan Olimpiya iştirakçısı bir rəqibini qabaqlayaraq 8-ci yerə qalxıb. Bu çəkidə Murad Fətiyev 7-cidir.

 

Hazırda 8-ci yerdə olan Balabəy Ağayev (60 kq) isə bir pillə geriləyib. Eyni zamanda, Zelim Tskayev (81 kq) ilk "səkkizlik"dəki mövqeyini qoruyur, Uşanqi Kokauri (+100 kq) 10-cu yerdədir.

 

Liderlər dəyişməz qalıb: Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinqin zirvəsindədirlər.