Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi çıxışlarda finallara start verilib. Sport24.az xəbər verir ki, gimnastımız Zöhrə Ağamirova halqa ilə çıxını başa vurub.

 

Təmsilçimiz 33,600 bal toplayaraq, 5-ci olub. Bu proqramda qızıl medalı Darya Varfolomeyeva (Almaniya, 35,550) qazanıb. Növbəti yerləri Sofiya Raffaeli (İtaliya, 35,550) və Yeva Brezaliyeva (Bolqarıstan, 34,650) tutublar.

 

Qeyd edək ki, Zöhrəni lentlə final mərhələsində çıxış gözləyir. Bundan başqa qrup hərəkətləri yığmamız 2 finalda yarışacaq.