Rusiya Futbol İttifaqanın (RFS) İcraiyyə Komitəsinin üzvlüyünə seçki keçirilib. Sport24.az xəbər verir ki, qurumun növbədənkənar Konfransında baş tutan tədbirdə Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev təkrar üzv seçilib.

O, 2016-cı ildən İcraiyyə Komitəsinin üzvüdür.

Qeyd edək ki, "Qazprom neft" şirkətinin İdarə Heyətinin sədri Aleksand Dyukov RFS-nin növbəti 4 il üçün rəhbəri seçilib.