Azərbaycan millisinin utzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirəcək. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu "Tümen" klubu ilə anlaşıb.

Superliqa təmsilçisi 29 yaşlı forvardın keçidi üçün klubuna - İspaniya "Palma Futzal"ına 200 000 avro təzminat ödəyəcək. Rafaelin yeni komandasındakı məvacibi isə hazırkından 4 dəfə çox olacaq. Bu yerdə bildirək ki,futzal millimizin digər hücumçusu Tiaqo Bolinya da 2020-ci ilin martından "Tümen"in formasını geyinir.

Xatırladaq ki, Viela son Avropa çempionatının final mərhələsində vurduğu 3 qolla millimizin bombardiri olub.