İtaliya təmsilçisi "Yuventus"un baş məşqçi postuna üç əsas namizəd var. Sport24.az xəbər verir ki, "Fiorentina"da çalışmış Raffaele Palladino və daha iki italiyalı mütəxəssis - Luçano Spallettiylə Roberto Mançini "qoca sinyora"nın "sükanı arxası"na keçməyə namizəddirlər.

 

Spalletti İtaliya seçməsindən ayrıldıqdan sonra "Yuventus"u çalışdırmağa hazır olduğunu bildirmişdi. 66 yaşlı baş məşqçinin sözlərinə görə Turin təmsilçisinin heyətində yer alan futbolçular onun oyun tərzinə uyğun gəlir.

 

Qeyd edək ki, "Yuventus" bu gün baş məşqçisi İqor Tudorla yollarını ayırdığını açıqlayıb.