İtaliya millisinin keçmiş baş məşqçisi Luçiano Spalletti "Yuventus"un "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Spalletti və Turin klubu müqavilə barədə razılığa gəliblər.

 

Anlaşma 2026-cı ilin yayına qədər qüvvədə olacaq və "ağ-qaralar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanarsa, müddəti uzadılacaq.

 

Qeyd olunur ki, tərəflər müqaviləni bu gün imzalayacaq. Sabah isə yeni baş məşqçi rəsmi olaraq ictimaiyyətə təqdim olunacaq.