"Yuventus" Luçano Spalettini istefaya göndərilə bilər. Sport24.az xəbər verir ki, bu, "qoca sinyora"nın Çempionlar Liqasına yollana bilməyəcəyi təqdirdə baş verəcək.
Belə ki, klub bu mübarizədən tez qoparsa, rəhbərlik Spalettinin istefasını vaxtından əvvəl reallaşdıracaq.
Turin təmsilçisi 30 turdan sonra 53 xalla 5-ci pillədədir.
67 yaşlı mütəxəssisin "Yuventus"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.