Yulian Naqelsmann Almaniya millisi ilə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

37 yaşlı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub.

 

Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.

 

Qeyd edək ki, Almaniya millisi Naqelsmannın rəhbərliyi altında AÇ-2024-ün 1/4 final mərhələsinədək irəliləməyi bacarmışdı.