"Fənərbağça"nın müdafiəçisi Samet Akaydın klubu tərk edəcək. Sport24.az xəbər verir ki, 30 yaşlı futbolçu "Rizespor"la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Oyunçunun keçidi yaxın zamanda rəsmən açıqlanacaq.

 

Samet Türkiyə yığmasının da üzvüdür. Müdafiəçi fərdi səhvləri səbəbindən azarkeşlərin ciddi tənqidinə məruz qalıb. O, son olaraq "Fənərbağça"nın heyətində Avropa Liqasında "Atletik"lə matçda (1:2) kobud səhvə yol vermiş və rəqib komanda fərqlənmişdi.