"Beşiktaş"ın sabiq futbolçusu Olcay Şahan baş məşqçi kimi fəaliyyət göstərəcək. Sport24.az xəbər verir ki, mütəxəssiss "Yeni Mersin İdmanyurdu"nun "sükanı arxasına" keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən 38 yaşlı çalışdırıcı 2027-ci ilin iyununa kimi Mersin klubunda söz sahibi olacaq.
Qeyd edək ki, Şahan bundan öncə "Altınordu"nun baş məşqçisi olub.