Xulen Lopeteqinin yeni klubu bəlli olub.Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis karyerasını İngiltərədə davam etdirəcək.

 

O, yeni mövsümdən "Vest Hem"i çalışdıracaq. Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Lopeteqi mövsümün sonunda postunu tərk edəcək Devid Moyesi əvəzləyəcək.

 

Qeyd edək ki, Lopeteqinin xidmətində "Bavariya" da maraqlı idi.