UEFA prezidenti Aleksander Çeferin bildirib ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldo bütün zamanların ən yaxşı üç futbolçusu sırasındadır. Sport24.az xəbər verir ki, o, bu barədə "AS" nəşrinə açıqlama verib:
"O, inanılmazdır. Onun bütün nailiyyətlərini sadalamaq üçün bizə iki saatdan çox vaxt lazım olacaq. Heç şübhəsiz ki, Kriştianu bütün zamanların ən yaxşı oyunçularından biridir və ilk "üçlük"də yer alıb".
Qeyd edək ki, Ronaldo 5 dəfə "Qızıl top"un qalibi (tarixdə ikinci ən çox) və 946 qolla peşəkar futbolda bütün zamanların ən yaxşı bombardiridir.