"Bavariya"nın və Almaniya yığmasının hücumçusu Tomas Müller milli komandanın 2024-cü il Avropa çempionatındakı hədəflərindən danışıb. Sport24.az "GQ Germany"-yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu millinin məqsədinin Avropa çempionatını qazanmaq olduğunu bildirib:

 

"Mən bilirəm ki, sonda həmişə vacib olan nəticədir. Təbii ki, Almaniya millisinin evdə keçiriləcək qitə çempionatında məqsədi çempion olmaqdı".

 

Qeyd edək ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək. Almaniya millisi A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə qarşılaşacaq.