"Çelsi"nin müdafiəçisi Tiaqo Silva cari mövsümün sonunda komandanı tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Standard" məlumat yayıb. 39 yaşlı oyunçunun  London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Braziliyalı futbolçunun klubdan ayrılmaqla bağlı artıq qərar verdiyi bildirilib.

 

Onun sabiq klubu "Fluminense"yə keçəcəyi gözlənilir. 

 

Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə bütün turnirlərdə 32 matça çıxıb və  4 qol vurub.