"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen yanvar transfer pəncərəsində komandasını dəyişmək niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Almaniyalı qolkiper cari mövsümdə ciddi oyun praktikası çatışmazlığı yaşayır. Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti əsas etimadı Xuan Qarsiyaya göstərir. Buna baxmayaraq, Ter Ştegen mövsümün sonuna qədər "Barselona"da qalmağa hazırdır.
33 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2014-cü ilin yayından "Barsa"nın şərəfini qoruyur.