"İnter"in keçmiş yarımmüdafiəçisi Uesli Sneyder "Atalanta"nın futbolçusu Martin De Ronu "hər kəsin komandasında olmasını arzulayacağı" yarımmüdafiəçi kimi qeyd edib. Sport24.az xəbər verir ki, 2010-cu ildə "İnter"lə trebl qazanan Sneyder cümə axşamı axşam İtaliya Superkubokunda "İnter" və "Atalanta" arasında baş tutacaq qarşılaşmadan əvvəl De Ronun bacarıqlarını tərifləyib.

 

Bununla belə, Sneyder "nerazurri"nin güclü heyətinə inamını əsas gətirərək, "İnter"i De Ronun yarımmüdafiədə olmasından qorxutmayacağı ilə bağlı xəbərdarlıq edib.

 

Sabiq niderlandlı futbolçu 2009/13-cü illərdə "İnter"in şərəfini qoruyub.