"Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik. Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq". Sport24.az xəbər verir ki, bunu "Şerif"in kapitanı Mussa Kiabu Moldovada "Zirə"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

 

Malili yarımmüdafiəçi bu oyunun onlar üçün çox önəmli olduğunu bildirib:

"Avrokubokda ilk matçımızdır. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir".

 

Qeyd edək ki, "Şerif" - "Zirə" matçı sabah saat 21:00-da "Şerif" İdman Kompleksində keçiriləcək. Cavab matçı isə bir həftə sonra "Liv Bona Dea Arena"da olacaq. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.