"Liverpul" futbolçusu Məhəmməd Salah ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Misirli hücumçunun sözləşməsi 2027-ci ilin yayına kimi uzadılıb.

 

Salah bu mövsüm 45 oyunda 32 qol vurub, 22 məhsuldar ötürmə edib.