"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karrager Məhəmməd Salahın İngiltərə klubundakı gələcəyi ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, veteran futbolçunun fikrincə misirlinin bu qış komandadan ayrılığına imkan verməməlidir: 

 

"Aleksandr İsakın ayağının sınmasından sonra "Liverpul"da yaranan zədə vəziyyəti nəzərə alsaq, Salahın yanvarda ayrılmasına imkan vermək olmaz. Klub bunu nəzərə almalıdır. Bu mövsümün əvvəlindəki nəticələrdən sonra Afrika Millətlər Kuboku hər kəsə nəfəsini dərmək şansı vermək üçün xoş bir fürsət idi. Lakin, növbəti bir neçə ay Salah üçün uzun bir vida ola bilər.

 

"Liverpul"un hazırkı dövr onunla əbədi olaraq ayrılmaz şəkildə bağlı olacaq. O, klub və Premyer Liqa tarixinin ən böyük oyunçularından biridir, buna görə də mövsümün son oyununda emosional vida onun karyerasının mükəmməl, diqqətlə planlaşdırılmış sonu olardı".

 

Salah bu mövsüm Liverpulda bütün yarışlarda 19 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.