Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, onun formasını geyindiyi "Adana Dəmirspor" səfərdə "Samsunspor"la qarşılaşıb. 

 

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vurublar – 1:1. 90 dəqiqə meydanda olan Məhəmmədəliyev 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, son 3 oyunda qələbə qazana bilməyən "Adana Dəmirspor" 41 xalla 11-cidir.