"Real"ın futbolçusu Antonio Rüdiger açıqlama verib. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, müdafiəçi komandanın son iki mövsümdə titul qazanmamasına münasibət bildirib:

 

"Titul qazanmamağımız normal deyil, amma nə olsun? Ağlamağa davam etməliyik? Xeyr. İrəli baxmaq lazımdır. İtirilən şeylər geri qayıtmır".

 

"Real" La Liqada mövsümü ikinci sırada bitirib.