Futbol üzrə Danimarka çempionatında 9-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Kopenhagen" doğma meydanda "Silkeborq"u qəbul edib.

 

Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

 

9 turdan sonra 17 xal toplayan paytaxt təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Kopenhagen"lə oyunu 1 oktyabr tarixində Bakıda baş tutacaq.