"Fənərbağça" Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Lion"la heç-heçə edib – 0:0. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo oyunun idarəçiliyindən narazı qalıb.
O, bu barədə matçdan sonra jurnalistlərə açıqlamasında deyib:
"Matçda səhv qərarlar oldu. "Lion"un futbolçusu Kumbendi qırmızı vərəqə almalı idi. Daha sonra Niakate əvvəlcə "qırmızı" alsa da, VAR qərarını dəyişdi və bu dəfə düzgün qərar verdi. Buna baxmayaraq, Kubmendi oyunçumuz Şimanskinin boğazından tutub, yerə yıxdı, amma sarı vərəqə belə almadı. Hakimin oyuna təsiri böyük oldu.
VAR-ın işi hakimlərə kömək etməkdir. Səhvlər ola bilər, lakin VAR bunu etməməlidir".