"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu məsələnin mətbuatda müzakirə olunmasını istəmədiyini bildirib:
"Gələn mövsüm komandada qalacam? Gələn mövsüm haqqında danışmayacam. Bunlar media qarşısında müzakirə olunmalı məsələ deyil. Prezidentimizə və administrasiyamıza böyük hörmətim var".
Qeyd edək ki, "Fənərbaxça" hazırda 75 xalla turnir cədvəlində ikincidir. Komanda mövsümün sonuna dörd tur qalmış lider "Qalatasaray"dan 8 xal geri qalır.