Noyabrın 16-da Bakıda meydana çıxacaq Fransa millisinin heyətində dəyişiklik olub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Tottenhem" hücumçusu Randal Kolo-Mouanini əvəzinə "Lans"ın futbolçusu Florian Toven yığmanın düşərgəsinə dəvət alıb.
Kolo-Mouani İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı keçirilən matçda çənəsini sındırıb. Bu zədə səbəbindən o, millinin noyabrdakı oyunlarında iştirak etməyəcək.
Qeyd edək ki, Didye Deşamın komandası noyabrın 13-də Ukrayna ilə qarşılaşacaq, 16-da isə millimizlə üz-üzə gələcək. Fransızlar hazırda mümkün 12 xaldan 10 xal toplayaraq qrup lideridir.