"Real"ın hücumçusu Rodriqo de Qoys karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındı. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində 680 mindən çox abunəçisi olan "indykaila News" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Çelsi" artıq braziliyalı futbolçunun mümkün transferi ilə bağlı "Real" ilə danışıqlara başlayıb. London klubu Rodriqo ilə artıq bu qış müqavilə bağlamağa hazırdır.

 

Qeyd edək ki, 24 yaşlı Rodriqo cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərində 16 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.