"Arsenal" PSJ-nin akademiyasının yetirməsi Emmanuel Mbembeyə müqavilə təklif edib. Sport24.az BBC-yə istinadən xəbər verir ki, London təmsilçisi Fransa klubu ilə müqaviləsi başa çatan 18 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

 

Mənbənin məlumatına görə, PSJ müdafiəçiyə müqavilənin uzadılmasını təklif edib, lakin oyunçunun özü "Arsenal"a keçməyə meyllidir.

 

Qeyd edək ki, gənc fransız oyunçu PSJ-nin gənclər komandalarında mərkəz müdafiəçisi kimi oynayıb.