"Liverpul" 2026-cı ilin yayında Vyana "Austriya"sından 17 yaşlı avstriyalı mərkəz müdafiəçisi İfeanyi Ndukve ilə müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, klublar iyul ayında qüvvəyə minəcək transferlə bağlı razılığa gəliblər.
Qeyd edək ki, təxminən iki metr boyunda olan Ndukve Vyanada anadan olub. Anası rus, atası isə nigeriyalıdır. O, "Austriya"nın əsas komandasında bir dəfə də olsun meydana çıxmasa da, ötən il Avstriyanın finala yüksəldiyi 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında ingilislərin maraq dairəsinə düşüb.