Cənubi Koreya çempionatında XI turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi "Daejeon" səfərdə "Qvanqyu" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. sondək oynayıb. Qonaqların yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.

 

Qeyd edək ki, "Daejeon" hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.