2024/25 mövsümündə Avropa Liqası və Konfrans Liqasının ilk iki təsnifat mərhələsində iştirak edəcək 33 klub bəlli olub.

Sport24.az xəbər verir ki, Azərbaycan klublarının mümkün rəqiblərindən bəzilərinin səbətləri də dəqiqləşib.

Avropa Liqasında ilk iki raundun hərəsinin bir iştirakçısı məlumdur. Azərbaycan kubokunun qalibi I təsnifatdan yarışa start veriləcək.

Konfrans Liqasında 31 komanda püşkatmanı gözləyir. İlk raundun 22 iştirakçısından 9-nun səbəti də bəllidir. Eyni sayda komanda isə Azərbaycan klublarının da yarışa başlayacağı II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
Qeyri-müəyyən

"Tobol" (Qazaxıstan)

II təsnifat mərhələsi
Qeyri-müəyyən

"Molde" (Norveç)

Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

"Kuopio" (Finlandiya)
"Breydablik" (İslandiya)
"Dinamo" (Tbilisi, Gürcüstan)
B-36 (Farer adaları)
"Jalgiris" (Kaunas, Litva)
"Levadiya" (Estoniya)

Səpələnməmişlər
"Maqpiyes" (Cəbəllütarıq)
"Şaulyay" (Litva)
"Kalev" (Estoniya)

Qeyri-müəyyənlər
"Valmiera" (Latviya)
"Konnah" (Uels)
"Saburtalo" (Gürcüstan)
"Derri Siti" (İrlandiya)
"Bala Taun" (Uels)
"Valyur" (İslandiya)
"Torpedo" (Kutaisi, Gürcüstan)
"Styarnan" (İslandiya)
"Vikinqur" (Farer adaları)
"Aktobe" (Qazaxıstan)
"Vaasa" (Finlandiya)
"Şelburn" (İrlandiya)
"Auda" (Latviya)

II təsnifat mərhələsi
Qeyri-müəyyənlər

"Brann" (Norveç)
"Tromse" (Norveç)
"Haken" (İsveç)
"Riqa" (Latviya)
"Astana" (Qazaxıstan)
"Sent Patriks" (İrlandiya)
"İlves" (Finlandiya)
"Jalgiris" (Vilnüs, Litva)
"Torshavn" (Farer adaları)

Qeyd edək ki, avrokubokların ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da keçiriləcək.