"Real"in baş məşqçisi Karlo Ançelottinin gələcəyi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.

 

Ançelotti cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək. Onun klubdan ayrılmaq qərarına gəldiyi vurğulanır. "Real" mövsümü kuboklarla başa vursa belə, Ançelotti Madrid təmsilçisində qalmayacaq. Məşqçinin "Real" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Karlo Ançelotti əvvəllər "Milan", "Çelsi", "Everton"un da baş məşqçisi olub.