"Brentford"un futbolçusu Ayven Touni karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Sport24.az xəbər verir ki, ingiltərəli hücumçu "Əl-Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Ərəblər İngiltərə millisinin üzvü olan 28 yaşlı forvard üçün Premyer Liqa klubuna 42 milyon avro təzminat ödəyib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Ayven Touni 2020ci ilin sentyabr ayından "Brentford"da çıxış edirdi.