"Liverpul" "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi ilə müqaviləni razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

 

Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Qehinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.