Argentinalı hücumçu Mauro İkardi "Qalatasaray"ın yeni müqavilə təklifini qəbul etməyib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hücumçu klubun indikindən daha az maaşı bir illik anlaşma təklifinə "yox" deyib.
İkardinin müqaviləsi iyunun sonuna kimidir. O, bu mövsüm Super Liqada 30 oyunda 14 qol vurub.