FİFA Norveç Futbol Federasiyasının "Bodo-Qlimt"in qapıçısı Nikita Xaykinin işi üzrə apellyasiya şikayətini rədd edib. Sport24.az xəbər verir ki, FİFA qolkiperin DÇ-2026-da Norveç millisinin heyətində yer almasına icazə verməyib.

 

O, aprel ayında Norveç vətəndaşlığını alıb. FİFA isə onun 5 il ərzində davamlı Norveçdə yaşamadığını əsas gətirərək, milliləşdirilməsinə mane olub.

 

Xaykin 2028-ci ilin mart ayına qədər Norveç yığmasında oynamaq hüququndan məhrum edilib.

 

Nikita Rusiya əsillidir, amma İsraildə dünyaya gəlib. O, "Dinamo"(Moskva) klubunun yetirməsidir. Haykin "Nasyonal", "Marbelya", "Rostov", "Kuban", "Bney Yehuda", "Hapoel Kfar Saba", "Bristol Siti" klublarının qapısını qoruyub.