"Tottenhem"in baş məşqçisi Ange Postekoqlu hücumçu Son ilə yeni müqavilə imzalamalarını şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis asiyalı futbolçunun uzun müddət klubda qalmasını istədiyini deyib:

 

"Möhtəşəm. Sonun əla karyerası var. Son 10 ildə klub üçün böyük işlər görüb, Premyer Liqa matçlarında əvəzsiz təsirləri olub. Onun "Tottenhem"də qalması əladır. Hədəfimiz Sonu karyerasının sonuna kimi burda saxlamaqdır".

 

Son 2015-ci ildən "Tottenhem"də çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayına kimi artırılıb.