İngiltərənin "Liverpul" klubunun kapitanı Vircil van Deyk komandanın son nəticələri barədə danışıb. Sport24.az xəbər verir ki, niderlandlı futbolçu klubun rəsmi saytına açıqlama verib.
"Dəfələrlə demişəm ki, birlik həm yaxşı, həm də çətin vaxtlarda uğurun açarıdır. Son dövrlərdə nə baş verdiyini izah etməyə ehtiyac yoxdur. Nəticələrimiz və çıxışlarımız kifayət qədər yaxşı deyil. İndi isə özümüzü daha yaxşı tərəfdən göstərməli və bu çətin vəziyyətdən çıxış yolu tapmalıyıq. Komandadakı hər kəs vəziyyəti başa düşür və onu dəyişmək üçün əzmlə çalışır. Heç kim baş verənlərdən razı deyil. Mən bu komandanın keyfiyyətinə və xarakterinə tam inanıram. Hər gün oyunçularımızın necə çalışdığını və nələrə qadir olduqlarını görürəm".
Qeyd edək ki, "Liverpul" keçirdiyi son 7 oyunun 6-da məğlub olub.