"Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, son olaraq Türkiyənin "Sakaryaspor" klubunda çıxış etmiş Konqo millisinin üzvü Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Fransanın "Lans" komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin "Sent Qallen", Sloveniyanın "Bravo" və Türkiyənin "Sakaryaspor" klublarında çıxış edib.