Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib. 

 

"TASS" agentliyinə danışan Kobaxidze mötəbər turnirin finalı üçün Tbilisidə yeni stadionun tikiləcəyini elan edib: 

 

"Həm futbol, həm də reqbi üçün yeni stadion inşa edəcəyik. Mühüm meqalayihəni elan etmək istərik. Həmin stadionunun 70 minlik tutumu olacaq. Təbii ki, beynəlxalq standartlara da cavab verəcək. Bu da bizə Çempionlar Liqasının finalı kimi mühüm turnirləri ev sahibliyi etməyimizə imkan yaradacaq. 2028-ci ildə ÇL-in finalını yeni inşa etdirəcəyimiz stadionda qəbul etmək üçün namizədliyimizi irəli sürəcəyik".