"Jil Visente"nin hücumçusu Feliks Korreya "Lill"ə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı portuqaliyalı ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

 

Feliks əvvəllər "Yuventus", "Mançester Siti", "AZ" və "Sportinq"in gənclərdən ibarət komandalarında çıxış edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 4 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, "Sportinq"in yetirməsi olan hücumçu 2024/25 mövsümündə bütün turnirlərdə 37 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.