"Qarabağ" klubunun futbolçusu Kevin Medina sosial şəbəkə hedabında paylaşım edib. Sport24.az xəbər verir ki, 32 yaşlı müdafiəçi öz fotosunu yayımlayıb.

Kolumbiyalı oyunçu hazırlıq prosesində yorulduğu anlardan birini paylaşıb.

O, maraqlı sitatları ilə gündəmə gəlib:

"1993-cü ildə anamın bətni mənim oyun meydançam idi. Bu planetə hazırlaşdım. Çoxları üçün bu, mənim bədənim ola bilər. Amma əslində kölgəmdir. Özüm enerjiyəm. Mənə baxanda məni görməyinizi yox, xatırlamağınızı istəyirəm. Adəmlə Həvvadan və ya meymundan gəlməyim məni maraqlandırmır. Din və elm qarşı-qarşıyadır. Hər ikisi qorillanı kibrit qutusuna sığdırmağa çalışırlar. Cənnətin cəhənnəmə sığacağını heç vaxt düşünmədim. Yaxşı və pis var. Mənim kimilər isə bilir ki, pislik də dağ uçurumları qədər yaxşılığın bir parçasıdır.

Necə deyərlər mənə kömək edən yaxşı deyil, məni narahat etməyən yaxşıdır. Çünki ən böyük rəqibim dünəndə qalan mənəm. Əgər mən Allaha inandığım üçün cahiləmsə, inanmayan mbndə daha cahildir.

Bir uşağın Şaxta babanın kim və ya nə olduğunu bilməsinin yeganə yolu böyüməkdir. Eyni şəkildə biz ölməklə Allahın kim və ya nə olduğunu biləcəyik. Amma görün bizim cəhalətimiz nə qədər uzağa gedir. Hamımız cənnətə getmək istəyirik, amma heç birimiz ölmək istəmirik".