Almaniyanın ev sahibliyi etdiyi qitə çempionatı davam edir. Sport24.az xəbər verir ki, 1/8 final mərhələsinin növbəti oyunu Düsseldorfda keçiriləcək. 

 

Fransa millisi Belçika ilə üz-üzə gələcək. 1/8 finala ikinci yerlə yüksələn rəqiblərin hər ikisi qrupda cəmi 2 qol vurub ki, bu da favorit statusunu yaraşmır. 

 

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu baş tutacaq. Portuqaliya Sloveniyanı sınağa çəkəcək.

 

AVRO-2024
1/8 final
1 iyul
20:00. Fransa – Belçika 1:0 

Qol: Vertonqen, 85 (ö.q.)
Baş hakim:
 Qlen Niberq (İsveç)
Düsseldorf Arena