A Seriyası klubu "Fiorentina" iki futbolçunun transferi ilə bağlı danışıqlar aparır. Sport24.az xəbər verir ki, insayder Fabiritsio Romanonun sözlərinə görə, klub "Parma"dan sağ cinah müdafiəçisi Kalido Kulibali və "Napoli"dən mərkəz yarımmüdafiəçisi Maykl Folorunşo üçün müqavilələr üzərində işləyir.

 

Kulibali 2021-ci ilin avqustundan 1,5 milyon avroya "Havr"dan (Fransa) "Parma"ya keçid edib. Onun müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Bu mövsüm o, klubda 15 oyunda 1 məhsuldar ötürmə edib.

 

Folorunşo isə 1 milyon avroya 2019-cu ilin iyul ayından "Virtus Frankavilya"dan "Napoli"yə keçid edib. Klub onu altı dəfə icarəyə verib: iki dəfə "Bari" və "Regginaya", həmçinin "Pordenone və "Verona"ya. Onun "Napoli" ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.